15 Dekabr 2017 14:03
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azadlıq prospekti, S.S. Axundov küçəsi ilə Biləcəri-Baksol yolu ilə kəsişməsi arasında yerləşən hissəsindəki təmir işləri yekunlaşmaq üzrədir.

Bunu Teleqraf.com-a açıqlamasında Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, ərazidə asfaltlama işləri görülür:

“Azadlıq prospekti, S.S. Axundov küçəsi ilə Biləcəri-Baksol yolu ilə kəsişməsi arasında yerləşən hissədə təmir işləri gündüz və gecə həyata keçrilir. Demək olar ki, işlərin 70-80 faizi yekunlaşıb”.

Anar Nəcəfli sözügedən yolun iki günə açılmasının nəzərdə tutulduğunu deyib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər