Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Təltif olunanlar arasında Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da var. O, təəssüratlarını saytımızla bölüşüb:
“Mənim üçün sürpriz oldu. Əlbəttə ki, belə bir təltifin olması çox xoşdur. Gözəl bir duyğudur. Əməyinizin, Azərbaycan üçün gördüyünüz işlərin dəyərləndirilməsi çox gözəldir. Başda Prezidentimiz İlham Əliyev olmaqla, bu işdə təşəbbüskar olan hər kəsə təşəkkür edirəm. Var olsunlar ki, fəaliyyətimi yüksək qiymətləndirdilər”./Publika.az/