Bakı Baş Gömrük İdarəsinin (BBGİ) əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki malları dövriyyədən çıxarıblar.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, BBGİ əməkdaşları Qaradağ rayonuərazisində yerləşən "Sədərək" ticarət mərkəzində əməliyyat tədbirləri keçiriblər.
Ticarət mərkəzinin ərazisində 27719 ədəd pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.