11 Fevral 2018 09:30
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni yaradılacaq turizm növləri kütləvi turizmin inkişafına dəstək ola bilər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Azərbaycanda qatar və dəniz turizminin yaradılması planlaşdırılır: “Qatar turizmi iki istiqamətdə nəzərdə tutulur. Cənub istiqaməti Bakı– Astara – Astara , qərb isə Bakı – Tbilisi – Qars reysidir.

Xəzər dənizində səyahətlərin təşkili də məqsədəuyğundur. Xəzəryanı ölkələr arasında iki və çoxtərəfli müqavilələr əsasında turistlərin Xəzərdə gəzintisi yaxşı effekt verər. Bu iki növ inkişaf edərsə, turizmdə daha böyük yüksəliş olacaq.

Biri var kiçik turizm, biri də var kütləvi turizm. Yeni yaradılacaq növlərin kütləvi turizmin inkişafına təkan verəcəyi gözlənilir. Bu, eyni zamanda Böyük ipək yolunun canlandırılmasına da xidmət edə bilər. Çünki qatar turizmi həm şərqi, həm də qərbi birləşdirəcək.

Qatar turizmi vasitəsi ilə Asiya turistləri Avropaya da üz tuta bilərlər. Əvvəllər Azərbaycanda dağ turizmi yox idi, amma indi beynəlxalq standartlara cavab verən dağ turizmi Tufandağ, Şahdağın timsalında inkişaf edir”.

Qeyd edək ki, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov qurumun bu gün keçirilən iclasında çıxışında yaxın gələcəkdə yeni turizm növlərinin yaradılacağını bildirib.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər