Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi ilə əlaqədar tədbir keçirilib.
Teleqraf.com-un xəbərinə görə, tədbirdə tədqiqatçı-jurnalist Dilqəm Əhmədin Azərbaycan Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı sərgisi keçirilib.
Dilqəm Əhməd Türkiyədən əldə etdiyi materialları təqdim edib, onlar haqqında bilgi verib.
Tədbirdə çıxış edən ADPU-nun prorektoru Fikrət Rzayev AXC-nin Azərbaycan tarixində oynadığı roldan bəhs edib, Cümhuriyyət liderlərinin sonrakı taleyinə, repressiya illərinə toxunub.
Universitetin Tarix və Coğrafiya fakultəsinin dekanı Şahin Pənahov xarici müəlliflərin Azərbaycan Cümhuriyyəti ilə bağlı yazdıqlarından bəhs edib, xüsusilə, Əlimərdan bəy Topçubaşovun fəaliyyətinə toxunub.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.