Qadınlar 40 yaşdan sonra ildə bir dəfə döş xərçəngilə bağlı tibbi yoxlamadan keçməlidirlər.
Teleqraf.com xəbər verir ki, alimlər qadınlarda 40 yaşdan sonra döş xərçəngi riskinin artdığını bildiriblər. Hətta özünü sağlam hiss edən insanlarında xərçəng yoxlamasından keçməsi vacib hesab olunur.
Kişilər isə 50 yaşdan sonra prostat xərçəngi üçün ildə bir dəfə özlərini yoxlatdırmalıdır.
Bağırsaq xərçəngini müəyyən etmək üçün qan testi və ya genetika yoxlanışını 2-3 ildə bir etmək yetərlidir. Ya da kolonoskopiyaya müraciət etməkdə fayda var.
Alimlər "xərçəngdən qorxma, gecikmədən qorx" şüarını əsas tutaraq qeyd edirlər ki, düşməni tanısaq, xərçəngə qarşı daha asan qalib gəlmək olar. Dünyada xərçəngə qalib gəlmiş xeyli insan var ki, onlar vaxtında addım atıqları üçün həyatda qalıblar. Yəni, xərçəng qarşısı alına bilən və müalicəsi mümkün xəstəlikdir. Yetər ki, yoxlanışları vaxtı-vaxtında edəsən.