18 Aprel 2018 17:34
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən başa düşmürəm, bu xəbəri indi niyə verirlər ki, mən çoxdan Lider TV-dən ayrılmışam.

Bu sözləri Teleqraf.com-a açıqlamasında aparıcı İradə İsak Lider TV-dən getməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Aparıcı bildirib ki, o, Lider TV-dən ötən ilin dekabrında ayrılıb:

“Mən Lider TV-də çalışmırdım, o bir prodakşn idi. Bu hadisə çoxdan olub. Aramızda da heç bir söhbət olmayıb. Üstündən neçə vaxt keçib, indi ayılıblar?”

Qeyd edək ki, mətbuatda aparıcı İradə İsakın Lider TV-dən getməsi barədə məlumat yayılıb. Məlumatda deyilir ki, aparıcı bir müddətdir “Ümidlə gəl” adlı verilişində görünmür: “İ.İsakın layihənin rəhbəri Hacı Quliyevlə arasında söz-söhbət olub. Buna görə də o, proqramı qoyub və gedib. Layihə rəhbəri verilişi özü tək aparmağa başlayıb”.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər