28 Aprel 2018 01:30
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda işsizlərin vahid informasiya bazası yaradılır.

Teleqraf.com Xezerxeber.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisdə təklif olunan vakansiya bankı lahiyəsi vasitəsilə reallaşacaq.

İqtisadçı Vüqar Bayramov hesab edir ki, vakansiya bankının yaradılması əmək bazarında boş iş yerlərinə əlçatanlığı artıracaq və işsizliyn azaldılmasına şərait yaradacaq. Ekspertin fikrincə, vakansiya bankının yaradılması işə götürənlərlə iş axtaranların münasibətlərinin onlayın qurulmasına imkan verəcək.

Vüqar Bayramovun sözlərinə görə, vakansiya bankının yaradılması vətəndaşların qısa zamanda tələblərinə uyğun iş tapmaqlarına imkan yaradacaq.

Ekspertin fikrincə, vakansiya bankının yaranması sahibkarlara keyfiyyətli işçi tapmağa şərait yaradacaq.

Qeyd edək ki, Milli Məclisdə təklif olunan qanun layihəsinə görə, elektron informasiya sistemi işəgötürənlərin Əmək Məcəlləsinə və bu qanunun müvafiq maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər