11 Avqust 2014 18:36
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

505 yerə müsabiqə elan olunub

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com-a verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 11-də saat 18:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Bakalavrlar qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, magistraturanın boş qalan 1444 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1080 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 485 nəfər magistratura səviyyəsinə qəbul olub.

Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 12-də “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2014-cü il avqustun 13-dən 22-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

SEVİL


Müəllif: