20 Avqust 2014 10:14
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanasına (Qobustan Həbsxanası) və 3 saylı İstintaq təcridxanasına uzunmüddətli başçəkmələr həyata keçiribər.

Ombudsman Aparatının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, başçəkmədə məqsəd Müvəkkilin ünvanına daxil olmuş məlumatların araşdırılması, saxlanılma şəraiti və məhkumlarla rəftar vəziyyətinin öyrənilməsi olub.

Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.


Fakültativ protokolun tələblərinə uyğun olaraq həbsxana və təcridxananın bütün obyektlərinə, o cümlədən cərimə təcridxanasına, karantin otaqlarına, bütün korpuslarda məhkumların saxlama kameralarına baxış keçirilib, bir çox məhkumlar fərdi qaydada qəbul edilib, lazımi sənədlər və qeydiyyat kitabları öyrənilib.


Müvəkkil başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.


Müəllif:

Oxşar xəbərlər