Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları balıq mövsümünün başlanması ilə əlaqədar olaraq Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olanlar və qeyri-qanuni işlər görənlərə qarşı reydlərə başlayıb.
Teleqraf.com xəbər verir ki, qanunu pozanlara qarşı Cinayət Məcəlləsi ilə uyğun olan cəza və cərimələr tətbiq olunacaq.
Su Polisi vətəndaşları əhalini xəbərdarlıq edir və Azərbaycan respublikasının qanunlarına riayət etməyə çağırır.
Qeyd edək ki, bu gündən start götürən reydlər bir ay müddətinə davam edəcək.
Açıqlamada o da bildirilir ki, cari il müddətində balıq ovu ilə əlaqədar bəzi qanun pozuntularına rast gəlinib.
Belə ki, il ərzində qanunsuz balıq ovu ilə əlaqədar olaraq 96-cı (AR CM-nin 256-cı) maddəsi ilə cinayət işi açılıb və 9 ton 599 kq qanunsuz balıq tutularaq müsadirə edilib.
Qırmızı kitaba düşmüş quşların qanunsuz ovu ilə bağlı 3 fakt aşkarlanıb.