11 Oktyabr 2018 01:17
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası maraqla izlədim. Vergilər naziri Mikayıl Cabbarovun çıxışında xeyli problemli məslələrlə toxunuldu. Dəfələrlə vicdanlı işəgötürənlərin yükünün getdikcə artırılması ilə bağlı aparılan səhv siyasətlə bağlı fikirlərimi açıqlamışam.

Teleqraf.com xəbər verir ki, bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, son illərdə baş verənlər ona aparır ki, işçiləri ilə əmək müqaviləsi bağlayan, ikili mühasibatlıq aparmayan sahibkar iflasa məhkumdur:

“Çünki o rəqabətdə kölgə fəaliyyəti ilə məğşul olan sahibkara uduzur. İşçilərlərinin əksəriyyəti ilə əmək müqaviləsi bağlamayan, bağladığı əmək müqavilələrində isə verilən əmək haqqını bəzən 4-5 dəfə az göstərən, ən yaxşı halda muzdlu işə cəlb etdiyi şəxslə mülki-hüquqi müqavilə bağlayan işəgötürənlər milyonlarla vəsaiti vergidən və sosial ödəmədən yayındırdığı, halda vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü ilbəil artır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi bəzi tədbirlər isə yumşaq desək, vicdanlı sahibkarların xeyrinə deyil. Vicdanlı işəgötürənin vergi və sosial yükünün artması ona gətirib ki, ölkədə son illərlə məşğulluğun səviyyəsi artdığı halda muzdla işləyənlərin sayı 90-cı illərin səviyyəsində qalır. Rəqabətdə uduzan vicdanlı işəgötürən də məcbur olaraq tədricən gölgə iqtisadiyyatına meyillənir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər