15 Noyabr 2018 22:43
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 13-15-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə əlaqədar məsələlər üzrə müzakirələr keçirilib, 2019-cü il üçün komissiyanın iş planı təsdiq olunub və iclasın protokolu imzalanıb.

“Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub. Birgə Komissiyanın növbəti iclasının Azərbaycan Respublikasının ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq”, – deyə məlumatda qeyd olunur.


Müəllif: Səxavət

Oxşar xəbərlər