17 Noyabr 2018 00:39
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 16-da Sumqayıt Təmizlik Departamentinin tullantıların zərərsizləşdirilməsi poliqonunda noyabrın 8-dən gömrük orqanları tərəfindən gömrük nəzarəti altında saxlanılan və Qida Təhlükəsizliyi Agentliyinin (QTA) laborator müayinələr nəticəsində tərkibində gövdə nematodu aşkarlanmış 26042 kq kartof mal sahibinin müraciəti əsasında, AR Gömrük Məcəlləsinin 331-ci maddəsinə əsasən məhv edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, malların məhvolma prosesində DGK-nin Bakı Baş Gömrük İdarəsinin və QTA-nin 1 saylı Regional Bölməsinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, noyabrın 8-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda 99 ZC 209 dövlət nömrəli nəqliyyat vasitəsi ilə Gürcüstandan ölkəmizə idxal edilən kartof yükünə tətbiq edilən gömrük nəzarəti zamanı məhsulda zərərverici orqanizmlərin olmasına dair şübhələr yaranıb. Buna görə də gömrük qurumları Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib, agentliyin məhsuldan götürdüyü nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində kartofda gövdə nematodu aşkar olunub. Beləliklə, müvafiq qurumlar kartofun geri qaytarılmasının təhlükəlilik dərəcəsini nəzərə alaraq həmin məhsulun məhv edilməsinə qərar veriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər