Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Teleqraf.com-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-2121” markalı avtomobilə “Qırmızı Körpü” gömrük postunda gömrük baxışı həyata keçirilib.
Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, yanacaq çəninin içərisindən üzərində “Picolo Corsar” yazısı olan 130 qutu pirotexniki vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.