Şirvan aşıq məktəbinin tanınmış simalarından olan ustad Aşıq Yanvar Bədəlov dünyasını dəyişib.
Kult.az xəbər verir ki, bu barədə aşığın yaxınları məlumat yayıb.
Aşıq Yanvarın bu gün yaşadığı kənddə (İsmayıllı rayonu, Tircan kəndi) dəfn ediləcəyi bildirilir.
Qeyd edək ki, Yanvar Piralı oğlu Bədəlov 1942-ci il fevralın 2-də İsmayıllı rayonunun Tircan kəndində doğulub.
Yanvar uşaq yaşlarından Aşıq Şamilə şagirdlik edib. Bakı Mədəni-Maarif Texnikumunu bitirib.
1963-cü ildə respublika festivalının iştirakçısı olub və II dərəcəli diplomla təltif olunub.
1970-ci ildən Tircan kəndində açılmış mədəniyyət evinin müdiri təyin edilib.
2004-cü ildə isə “Respublika aşıqları” müsabiqəsinin “Şirvan aşıq sənətkarları” nominasiyasının qızıl medalına layiq görülüb.
2016-cı ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adını alıb.
Dörd oğul, bir qız atasıdır.