28 Dekabr 2018 01:08
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün axşam saatlarında atam əməliyyat olundu. Hazırda vəziyyəti qənaətbəxşdir”.

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib.

Aktyorun qızı qısaca əməliyyatın təfərrüatı barədə də danışıb: “Atamın qanqrena olan ayağı son qərara əsasən barmaq hissədən amputasiya olunub. Hazırda yatır”.

Xatırladaq ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər