28 Avqust 2014 11:13
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan silahlı qüvvələrinin girov götürdüyü azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə görüş keçirəcəklər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, qurum öz mandatına uyğun olaraq girovlarla görüş keçirməyi planlaşdırır.


Görüşün tarixi barədə məlumat verməyən İ.Hüseynova bildirib ki, qaydalara uyğun olaraq bu barədə yalnız görüş baş tutduqdan sonra məlumat veriləcək: “Görüşdən sonra təfsilatı ilə bağlı geniş məlumat verəcəyik. Görüş zamanı girovlar ailələrinə məktub da yaza bilərlər”.

/APA/


Müəllif:

Oxşar xəbərlər