7 Fevral 2019 16:43
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində 31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 16-na töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 8 nəfər vəzifədən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında deyib.

Uzun illər ərzində aparılan islahatlar nəticəsində prokurorluq orqanlarında şəffaflığın təmin edilməsi, neqativ hallara yol vermiş şəxslərin ifşa edilməsi istiqamətində çox mühüm işlər görülməklə prokurorluğun demokratik və hüquqi cəmiyyətdəki rolunun möhkəmləndiyini qeyd edən Baş prokuror bu işlərin davamı olaraq ötən il prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verdiklərinə, qanunvericilikdə nəzərdə tutulan səlahiyyətləri çərçivəsindən kənar fəaliyyətlə məşğul olduqlarına, həmçinin formalaşmış nizam-intizam qaydalarının tələblərinə riayət etmədiklərinə görə bir sıra prokurorluq işçiləri barəsində ciddi tədbirlər görüldüyünü, o cümlədən İsmayıllı rayonunun sabiq prokuroru Ülvi Abbasov və rayon prokurorunun sabiq böyük köməkçisi F.Quliyevin qabaqcadan əlbir olmaqla 2 sahibkardan külli miqdarda rüşvət alması ilə əlaqədar sonuncuların həbs olunmalarını və müvafiq məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzalarına məhkum edildiklərini bildirib.

"Eyni zamanda, hesabat dövründə prokurorluq orqanlarında dövlət qulluqçusu kimi işləyən bəzi şəxslərin onlara həvalə olunmuş vəzifələri layiqincə yerinə yetirməməklə səlahiyyət hüdudlarından kənara çıxmaları və prokurorluğun nüfuzunu aşağı salan qeyri-prosessual münasibətlərə yol vermələri aşkarlanaraq barələrində müvafiq məsuliyyət tədbirləri görülüb", - deyə Zakir Qaralov qeyd edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər