21 Fevral 2019 22:49
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Venesuelanın Xarici İşlər nazirinin Asiya, Yaxın Şərq, Okeaniya üzrə müavini Ruben Dario Molina ilə görüşüb.

Universitetdən Teleqraf.com-a verilən məlumata görə, K.Abdulla qonağı universitetdə görməkdən məmnunluğunu ifadə edib.

K.Abdulla görüşün Venesuela səfirliyi və universitetləri ilə ADU arasında əlaqələrin möhkəmlənməsinə səbəb olacağını bildirib. K.Abdulla Azərbaycanın Cənubi Qafqaz regionunda Venesuelanın sadiq dostlarından biri olduğunu söyləyib.

Rektor dil və mədəniyyətlərin öyrənilməsi istiqamətində Azərbaycan və Venesuela arasındakı əlaqələrin inkişaf etdirilməsi məqsədilə Müştərək komissiyanın yaradılması ideyasından söz açıb.

Rektor ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi haqqında məlumat verərək universitetin müəllim və tələbələri ilə görüşmək üçün qonağı layihədə iştirak etməyə dəvət edib.

R.D.Molina səmimi qəbula görə təşəkkürünü bildirib. İkitərəfli və beynəlxalq əlaqələrin qurulmasında akademik mühitin vacib olduğunu söyləyib. Qonaq xalqların tarixi və mədəniyyət arasında əlaqələrin qurulması üçün dillərin öyrənilməsiniin əhəmiyyətindən söz açıb. R.D.Molina Venesuela universitetləri haqqında məlumat verib.

ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev universitetin 70 illik tarixə malik olduğunu deyərək statistik məlumatları diqqətə çatdırıb, fəaliyyət istiqamətindən bəhs edib. Prorektor universitetdə 20 ildən çox müddətdə tədris olunan ispan dilini 200-dən çox tələbənin öyrəndiyini bildirib.

Daha sonra qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşməsi istiqamətində aparılacaq işlər, birgə layihələr və gələcək perspektivlər müzakirə olunub.

Qeyd edək ki, görüşdə Venesuelanın ölkəmizdəki ilk fövqəladə və səlahiyyətli səfiri Kristofer Berroteran da iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər