20 Aprel 2019 13:07
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, birgə tədbirlər planına uyğun olaraq, Komitə nümayəndələri bu günlərdə Hərbi Dəniz Qüvvələrində dənizçilərlə görüşüb.

Görüşdə gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu mövzusunda söhbətlər aparılıb və şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər