21 Aprel 2019 18:10
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxda 60 ev təsərrüfatı olan cəbhə kəndində yeni 500 metr uzunluğundan qoruyucu hasarlar inşa olunur.

Teleqraf.com-un məlumatına görə, artıq bir neçə istiqamətdə hazırlıq işlərinə başlanılıb. Əvvəlcə beton işləri, daha sonra isə hasarın keyfiyyətli olması üçün təməl hissədə çay daşlarından hörgü işləri aparılacaq.

Dəfələrlə Məzəm və Quşçu Ayrım kəndinin sakinləri rayon mərkəzinə gəldikdə düşmən silahlarının hədəfinə tuş gəlib. Məzəm gölünün əks tərəfi düşmən tərəfindən 1992-ci ildə işğal olunduğundan təmas xəttində olan kəndlərimiz Xeyrimlidə yerləşən erməni postları tərəfindən hədəfdə saxlanılır. Hətta bu ərazidə heyvan otaran kənd sakinləri də nişangahda olduqlarını yaxşı bilirlər. Məzəm sakinlərinin əkib-becərdikləri torpaq sahələrinin qarşı tərəfdən asan göründüyünü nəzərə alsaq, bu zaman vəziyyətin ciddiliyini anlamaq bir o qədər cətin olmaz. Hazırda hasarın tikildiyi ərazidə kənd sakini Bəkir Yusibovda ailəsi ilə birgə əkin əkməyə gedərkən avtomobilləri düşmən tərəfindən atəşə tutulub.

58 yaşlı Bəkir Yusibov bildirib ki, 35 il bundan əvvəl ailə həyatı qurub yeni evə köçüb. Daha sonra elan olunmamış müharibə erməni ordu birləşmələrinin yaşayış məntəqələrimizi aramsız mərmi yağışına tutması Bəkir kişinin evinə də 6 mərminin düşməsinə səbəb olub. Onun sözlərinə görə, 2 ildir onun da evinin qarşısına tikilmiş qoruyucu hasar ailəsini düşmən gülləsindən sığortalamış olur.

İnsan itkisi olmasın deyə son 3 ildə Məzəmdə çox sayda evlərin qarşısında rayon rəhbərliyi tərəfindən 3 metr hündürlüyündə hasarlar tikilib.

Qeyd edək ki, qoruyucu hasarlarla yanaşı rayon icra hakimiyyəti tərəfindən Quşçu Ayrım kəndindəki düşmən tərəfindən evlərinin damları sıradan çıxmış vətəndaşlara dam örtüyü də verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər