17 May 2019 22:42
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 17-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Təsərrüfat obyektlərində yanğın təhlükəsizliyi” mövzusunda beynəlxalq elmi-praktiki videoseminar keşirilib.

FHN-dən Teleqraf.com-a bildiriblər ki, tədbirdə Akademiyanın, Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin Kokşetay Texniki İnstitutunun, Rusiya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Akademiyasının, Ural Dövlət Yanğından Mühafizə Xidməti İnstitutunun, Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universitetinin və Belarus Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin professor-müəllim heyəti iştirak ediblər.

FHN Akademiyasının rəisi, general-mayor Baba Salayevin sədrliyi ilə keçirilən beynəlxalq videoseminarda Akademiyanın rəisi “Qəza-xilasetmə maşın və avadanlıqlarının etibarlılığının qiymətləndirilməsinin aktual problemləri”, həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri kafedrasının rəisi, polkovnik, texnika üzrə fəlsəfə doktoru İlqar Dadaşov “Yanar mayelərin söndürülməsində istifadə olunan metodların üstünlükləri və çatışmazlıqları”, qiyabi təhsil fakültəsinin rəis müavini kapitan, texnika üzrə fəlsəfə doktoru Xalid Həsənov “Fövqəladə halların faktorlarının qeyri-bərabər paylanmasının teplovizorun göstəricilərinə təsiri” mövzularında məruzələrlə çıxış ediblər.

Konfransın sonunda məruzələr ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər