21 May 2019 12:15
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilir.

Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Ölkə prezidentinin təqdimatı ilə komitəyə daxil olan qanun layihəsi yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağı-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilin yanvarın 1-nə qədər dayandırılıb. Lakin insanların həyat həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədi ilə adıçəkilən qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər