22 May 2019 17:39
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli parklarımızın əhali üçün daha əlçatan və maraqlı olması üçün tərəfimizdən davamlı olaraq tədbirlər görülür. Bütün milli parklarda müxtəlif yaş və çətinlik kateqoriyasına uyğun marşrutlar fəaliyyət göstərir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında deyib.

İ.İbrahimova bildirib ki, görülən işlər əhalinin, turistlərin, uşaq və gənclərin asudə vaxtlarını daha səmərəli və təbiət qoynunda keçirmələrinə xidmət edir:

“Son bir il ərzində aparılan tədbirlər nəticəsində milli parklarda uşaqlar və gənclər üçün maraqlı əyləncə və məlumat meydançalarının yaradılmasına nail olduq. Onu da qeyd edim ki, milli park ərazilərinin bəzilərində innovativ tipli, yəni müxtəlif məlumatların innovativ üsullarla alınması yolu ilə, bəzilərində sırf məntiqi, təbiətlə bağlı oyunların, bəzilərində informativ, əyləncə tipli lövhə və guşələrin hazırlanması işləri aparılıb.

Fürsətdən istifadə edib bütün vətəndaşlarımızı, turistləri milli parklarımızı ziyarət etməyə, asudə vaxtlarını səmərəli və təbiət qoynunda keçirməyə səsləyirik. Bildirim ki, bu gün bioloji müxtəliflik günü ilə əlaqədar Azərbaycanın milli parklarında “açıq qapı” günü keçirilir və ziyarətçilər giriş haqqından azaddırlar. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməklə insanların istirahətlərini xoş keçirmələrinə şərait yaratmaqdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər