18 İyun 2019 14:41
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Çin hakimiyyəti ilə çinli turistlərin Azərbaycan səfər etmələri ilə bağlı danışıqlar aparırıq. Bu müzakirələri ilk dəfə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının Bəhreyndə keçirilən iclasında aparmışıq. Yəni, ÜTT-nin sessiyası bir meydandır. Bu meydan bizə imkan verir ki, ikitərəfli danışqlar aparaq.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili isə mövzu ilə bağlı bildirib ki, Azərbaycan İcraiyyə Şurasının aktiv üzvlərindən biridir:

“Mən bu vəzifəyə seçilməzdən öncə Azərbaycan bu vəzifəni həyata keçirirdi. Biz baxmalıyıq ki, Azərbaycan bizdən nə istəyir... Birgə ortaq layihələrimiz həyata keçirilir. Çin də Azərbaycan üçün bu fürsətlərdən biridir. Mən bilirəm ki, Azərbaycan tərəfi, o cümlədən Fuad Nağıyev Çin Hava Yolları ilə fəal şəkildə işləyir. Çin turistlərinin Azərbaycan cəlb olunması yaxşıdır.

Çin təbii ki, böyük bazardır. Çin turistlərinə onlara uyğun xidmət göstərilməlidir. Bundan əlavə Hindistan, Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələr var. Azərbaycan çox əlverişli məkanda yerləşir və yaxşı turizm infrastrukturuna malikdir.

Məhz bu baxımdan burada turizm sahəsi üzər fəaliyyət göstərəcək beynəlxalq mərkəzin olması vacibdir. Biz bu layihəni Azərbaycana gətirə bilərik.

Artıq qeyd etdiyim kimi, biz ÜTT olaraq gələn ili kənd turizmi ili elan etmişik. Azərbaycan təkcə Bakıdan ibarət deyil. Sahibkarlar regiondan kənarlara investisiya qoysunlar. Bir də təşviq, tanıtım lazımdır. Burada söhbət puldan getmir. Ürək və səmimi qəlb bu işləri görmək üçün yetərlidir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər