“Google Play” mobil tətbiqlər mağazasında internet radio proqramı kimi maskalanan “Radio Balouch” casus proqramı aşkar edilib.
Teleqraf.com xəbər verir ki, bir müddət əvvəl “Google Play” mağazasında internet-radio üzərindən musiqi dinləmək üçün tam funksional proqram yerləşdirilib.
Həmin proqramda fon rejimində virusa yoluxdurulmuş qurğulardan fərdi məlumatları toplayaraq istifadəçiləri izləyib.
“Radio Balouch” tətbiqi “AhMyth” açıq mənbə kodlu casus aləti əsasında işlənib hazırlanıb. “AhMyth” alətinin zərərverici xüsusiyyəti gizlədilməyib, buna görə “Radio Balouch” və onun törəmələrinin həqiqi təyinatını müəyyənləşdirmək mütəxəssislər üçün sadə bir iş olub.