Sabirabad rayonunda 34 və 26 yaşlarında iki kişi rayon mərkəzi xəstəxanasına gətirilib.
Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, həkimlər onlara qarayara diaqnozu qoyublar.
Qeyd olunub ki, hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb, artıq araşdırmalara başlanılıb.