2014-2015-ci tədris ilinə məcburi köçkün rayonları tam hazırlıqla başlayıb. Füzuli rayonu ərazisində fəaliyyət göztərən tədris ocaqları əsaslı təmir edilib. Yeni məktəb binaları inşa edilib.
Füzuli rayon təhsil şöbəsindən Teleqraf.com-a verilən məlumatda bildirilib ki, hazırda rayonun işğaldan azad edilən ərazilərində ümumilikdə 45 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir: "Bu məktəblərin əksəriyyəti isə məcburi köçkünlərin kopmakt məskunlaşdığı Zobcuq və Qayıdış qəsəbələrində yeni inşa edilən məktəblərdir. Bütün tədris ocaqlarında yeni tədris ilinə hazırlıq işləri görülüb, təmirə ehtiyacı olan məktəblər əsaslı təmir edilib. Bütün çatışmazlıqlar aradan qaldırılıb. Sinif otaqları müasir tələblər səviyyəsində avadanlıqlarla təchiz edilib. Əlavə olraq bu il rayon ərazisində 4 yeni məktəb binası da inşa edilib.
Füzuli rayon təhsil şöbəsinin müdürü Almaz Həşimova bildirib ki, cəbhəyanı bölgə olan Qazaxlar kəndində 120 şagird yerlik yeni məktəb binası, Zərgər kəndində yeni məktəb binası, musiqi təmayüllü gimanzıyanın tədris korpusu tikilib tamamilə başa çatdırılıb. 2 məktəb tam istifadəyə verilib, 1 məktəb isə 5-10 gün müddətinə tamamilə istifadəyə veriləcəkdir.
Təhsil şöbəsinin müdürü onu da bildirib ki, bu il rayon ərazisindən 261 şagird tələbə adını qazanıb. Bunlarda 25 nəfəri 500-dən yuxarı, 7 nəfər isə 600-dən yuxarı bal toplayıb. Tələbə adı qazananlardan 1 nəfər Prezident təqaüdünə layiq görülüb.
Daşqın Abdullayev, Füzuli-Horadiz