16 Noyabr 2019 16:11
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İstilik şəbəkələrinə qoşulma və istilik enerjiindən istifadə üçün texniki şərtlərin verilməsi qaydaları” “ASAN xidmət”ə verilir.

Bunu “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə texniki şərtlərin “ASAN xidmət”ə verilməsi nəzərdə tutulur:

“Hazırda bu istiqamətdə işlər aparılır. Bununla bağlı bir sıra texniki məsələlər həll edilməlidir. Əməkdaşlarımızın orada yerləşdirilməsi, onların müqaviləsi və başqa məsələlər həll olunmalıdır. Daha sonra bu şərtlər “ASAN xidmət”ə veriləcək”.

İ.Mirzəliyev bildirib ki, il ərzində texniki şərtlərlə bağlı “Azəristiliktəchizat” ASC-yə müraciətlərin sayı çox az olur, bu rəqəm 10-12-dir.

Sədr müavini binalara isti su təchizatının verilməsindən də danışıb:

“Bu, çox böyük bir məsələdir. Biz bu gün 300-ə yaxın binanı artıq isti su ilə təmin edirik. Binalara isti su təhcizatının verilməsi üçün qazanxalarda əlavə güc yaradılmalıdır, isti suyun daşınmasına görə xətlər çəkilməlidir. Bunlar texniki cəhətdən mümkündür, sadəcə, vəsaitlə bağlı məsələlər həll edilməlidir”.

İ.Mirzəliyev qeyd edib ki, binalarda isti su təchizatı 3-5 il sonra mümkün ola bilər./oxu.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər