10 Yanvar 2020 17:16
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Aqşin Yeniseyin “Yeni il tənhalığı” adlı şeiri Özbəkistanda nəşr olunan “Daşkənd həqiqətləri” qəzetində dərc olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Aqşin Yeniseyin özü məlumat verib.

Şeirləri özbək dilinə bu ölkədən olan yazar Mirzohid Muzaffar tərcümə edib:

“Yanvarın 8-də mənim “Yeni il tənhalığı” şeirimi “Daşkənd həqiqətləri” (“Toşkent Hakikati”) qəzetində Mirzohid bəyin tərcüməsində çap ediblər. Səhəri gün Özbəkistan prezidenti Şavkat Mirziyoyevin köməkçisi redaksiyaya zəng edərək, bu şeirə görə qəzet əməkdaşlarına prezidentin xoş sözlərini çatdırıb. İndiki zamanda bir prezidentin şeir oxuması, bəyənməsi, üstəgəl, qəzet əməkdaşlarına xoş sözlərini çatdırması mənə də maraqlı gəldiyi üçün istədim ki, bu xəbəri sizinlə də paylaşım.

Mirzohiod Muzaffar bəyə onun vasitəsilə qardaş ölkənin prezidentinə salamlarımı çatdırım”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər