16 Yanvar 2020 10:22
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 15-i axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib, bəzi yaşayış məntəqələrinə qar yağıb.

Teleqraf.com xəbər verir ki, Qubanın Xınalıq və Qrız kəndində qarın hündürlüyü 13 santimetr, Xaltan kəndində 5 santimetr, rayon mərkəzində isə 3 santimetr təşkil edib. Qusarda 4 santimetr, Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 5 santimetrə çatıb.

Ən aşağı temperatur isə Qubanın Xınalıq və Qrız kəndlərində qeydə alınıb. Burada temperatur mənfi 12 dərəcəyədək enib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər