3 Fevral 2020 10:22
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, xəstələrdən biri 1996-cı il təvəllüdlü Çin vətəndaşıdır. O, sonuncu dəfə 19 yanvar tarixində Çində olub.

Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq.

Digəri isə 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Çində təhsil alır. Bakıya yanvarın 28-i gəlib. Heç bir şikayəti yoxdur, buna baxmayaraq inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq.

Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər