Filologiya elmləri doktoru, professor Roza Eyvazova dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
R.Eyvazova Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvsitika şöbəsinin baş elmi işçisi idi.
Qeyd edək ki, 82 yaşlı Roza Hüseyn qızı Eyvazova 1937-ci il aprelin 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1967-ci ildən Dilçilik İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 1996-cı ildən filologiya elmləri doktorudur. 1998-ci ildən 2014-cü ilə qədər həmin institutda Dil əlaqələri şöbəsinin müdiri vəzifəsində çalışıb.