11 Mart 2020 16:14
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədr müavini seçilməyimlə əlaqədar göstərdiyiniz diqqət üçün öz dərin təşəkkürümü bildirirəm.

Teleqraf.com xəbər verir ki, bunu sosial şəbəkə hesabında Milli Məclisin sədr müavini seçilən Adil Əliyev deyib.

O, daha sonra yazıb:

“Üzrlü hesab edin ki, hər birinizə ayrı-ayrılıqda cavab yaza bilmirəm. Çünki dünəndən bu günə qədər minlərlə təbrik mesajı almışam. Təbriklər hələ də davam edir. Dəstəyiniz və diqqətiniz məni daha da ruhlandırır. Çalışacam ki, məni göstərdiyiniz etimadı doğruldum. Vətənimizin güclənməsi və milli maraqlarımızın qorunması istiqamətində fəaliyyətim davam edəcək. Nə yaxşı ki, varsınız. Var olun!”

Qeyd edək ki, Adil Əliyev Milli Məclisin martın 10-da keçirlən ilk iclasında bitərəflərin nümayəndəsi kimi parlament sədrinin müavini seçilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər