14 Mart 2020 21:27
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVİD-19) infeksiyasının qlobal xarakterli pandemiya elan olunduğunu nəzərə alaraq, COVİD-19 virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində 15 mart tarixindən etibarən "Azərbaycan Hava Yolları"-nın Bakı-Paris-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Nursultan-Bakı, Bakı-Aktau-Bakı, Bakı - Alma-Ata-Bakı istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılır.

Teleqraf.com-un xəbərinə görə, Operativ Qərargahın 12 mart 2020-ci il tarixli məlumatına əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının səfirlik və baş konsulluqları tərəfindən ölkəyə giriş vizalarının rəsmiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış əsasda veriləcəkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər