"Biz dəfələrlə qeyd etmişik, prokrorluq və operativ qərargah da bildirdi ki, səs yazılarına inanmayın. Məlumat olduğu təqdirdə operativ qərargah və TƏBİB xəbər verir".
Bunu Teleqraf.com-a açıqlamasında TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva deyib:
"Əhalidən xahiş edirk, səsyazısı məsələsini bağlayaq. Səs yazılarında deyilən yanlış məlumatları yaydığına görə bir sayt cəzalandırıldı. Yalnız rəsmi mənbələrə inanın".
Qeyd edək ki, bu günlərdə Azərbaycanda koronavirusa yoluxanların sayının çox olması ilə bağlı bir həkimin adından səsyazısı yayılıb.