21 Mart 2020 21:54
2 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

El-1 idman təşkilatı və GƏL (Gənclərin Əməkdaşlıq Liqası) sədri Elçin Çobanzadə Prezident İlham Əliyevin çağırışına qoşulub.

Teleqraf.com xəbər verir ki, təşkilat rəhbəri onların da koronavirusla mübarizə üçün yaradılan dəstək fonduna yardım edəcəyini söyləyib.

Bu məqsədlə hər ay "Azəri HALAL", SAB, SOBSAN, "Texnol", "Lənkəran mexanikləşdirmə" və "Ballı" şirkətlərinin rəsmi tərəfdaş kimi aprel ayı üçün təşkilatlara ödəyəcəyi məbləği El-1 fonda köçürəcək.

Elçin Çobanzadə qeyd edib ki, ehtiyac olacağı təqdirdə növbəti aylarda da yardım etməyə hazırdırlar.

Təşkilat sədri onu da bildirib ki, müvəqqəti olaraq ictimai tədbirlərini də təxirə salıblar.

Qeyd edək ki, Elçin Çobanzadə idman kanalında "Döyüş zonası" verilişinin layihə rəhbəri və eksperti, həmçinin "Gömrükçü idman klubu"nda El-1 bölməsinin rəhbəridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər