24 Mart 2020 18:36
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayon İcra Hakimiyyətinin kollektivi də Prezident İlham Əliyevin təşəbbüsünə qoşulublar.

Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək göstərmək məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev başda olmaqla, rayon İcra Hakimiyyəti başçısı Aparatının bütün əməkdaşları bir aylıq vəzifə maaşları miqdarında vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər