29 Sentyabr 2014 18:56
4 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iştirakı ilə Quba Rayon İcra Hakimiyyətində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib.

Teleqraf.com xəbər verir ki, seminar-müşavirədə meşə yanğınlarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu, müxtəlif xarakterli fövqəladə halların yaranmasında insan faktoru, yanğın təhlükəsizliyi qaydalarının tələbləri və əhali arasında bu istiqamətdə təbliğatın aparılmasının vacibliyi məsələlərinə toxunulub.

Tədbirdə FHN-in fəaliyyət istiqamətləri, təhlükəsizliymizin təmin olunmasında “112” qaynar xəttinin rolu ilə yanaşı, Şimal Regional Mərkəzinin regionda yerləşən yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti danışılıb

Meşə yanğınlarının yaranma səbəbləri və qarşısının alınması zamanı qarşılıqlı fəaliyyətin təşkili, yanğın təhlükəsizliyi tədbirlərinin yerinə yetirilməsi qaydaları, meşə yanğınlarının qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında idarə, müəssisə, təşkilat və vətəndaşların rolu kimi mövzularda da geniş müzakirələr aparılıb.

Tədbirin sonunda meşə yanğınlarının baş vermə səbəbləri haqqında video-slayd nümayiş etdirilib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər