7 Aprel 2020 17:51
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökumət tərəfindən 4 istiqamət üzrə 10 bənddən ibarət tədbirlər planı nəzərdə tutulub, bu, 1 milyon 900 min insanı əhatə edəcək. Sosial dayanılıqlılığın qorunması üçün 394 milyon manat ayrılıb. Sevindirici məqamdır ki, əmək müqavilələrinin sayı azalmayıb, əksinə sayda artım baş verib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib:

"Hazırda ölkəmizdə 700-dən artıq insan koronavirusa yoluxub, təəssüf ki, onlardan 8-i həyatını itirib. Sağalma faktları da artır, onlar təkrar öz ailələrinə geri qayıdıblar. Pandemiya hər birimizin həyatına təsir edir. Mənfi təsirlərin aradan qaldırılması ilə əlaqədar hökumətimiz tərəfindən silsilə addımlar atılır. Xüsusi karantin rejimi elan edildi və gücləndirilmiş karantin rejimi aprelin 20-dək davam edəcək.

Bu, hər bir vətəndaşımız üçün çox önəmlidir. İnsanları bu karantin rejiminə maksimum riayət etməyə çağırıram. Nə dərəcədə ciddiliklə əməl etsək, sürətli şəkildə mübarizəmiz nəticəsini verəcək. Riayət etməsək, virusun yayılma sürəti aşağı düşməsə, əlbəttə, karantin rejiminin də uzanmasına gətirib çıxaracaq və mənfi effektləri də çox olacaq".


Müəllif: Teleqraf.com