"Pandemiya dövründə Azərbaycanda 300 nəfərə yaxın şəxsin məhkəməsi onlayn qaydada keçirilib".
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin İnformasiya və kommunikasiya texnologiyaları İdarəsinin rəisi Ağakərim Səmədzadə deyib.
Ağakərim Səmədzadə bildirib ki, videokonfranslar vasitəsi ilə cəzasının bitməsinə az müddət qalan məhkumların işinə baxılıb. 300-ə yaxın şəxsin azadlığa çıxması ilə bağlı qərar qəbul edilib.
Bundan başqa artıq onlayn qaydada "baş etibarnamə" vermək də mümkündür.
Ağakərim Səmədzadənin sözlərinə görə, bir çox notarial əməliyyatların onlayn qaydada tətbiqinə başlanılıb: "Bu gündən etibarən isə onlayn qaydada "baş etibarnamə" vermək imkanı yaradılıb".
İdarə rəisi qeyd edib ki, artıq aliment ödənişlərinin də onlayn qaydada ödənilməsinə şərait yaradılıb: "Pandemiya dövründə bu məsələ də öz həllini tapdı. Artıq onlayn qaydada məhkəmə qərarını icra edərək ödənişlər edilə bilər".