Karantin rejiminin yenidən sərtləşdirilməsinə ehtiyac yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
Ramin Bayramlı bildirib ki, karantin rejiminin yumşaldılmasından sonra ikinci dalğanın gələcəyi gözlənilən idi:
“Mövcud statistika qaydaların yenudən sərtləşdirilməsinə ehtiyac yaratmır. Lakin yenə də vətəndaşlarımız məsuliyyətli olmalı, öz sağlamlığını qorumalıdır”.
Onun sözlərinə görə, önümüzdəki günlərdə 65 yaşdan yuxarı vətəndaşlarımızla bağlı karantin qaydalarının yumşaldılması mümkündür.