10 May 2020 14:06
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Qax Rayon Polis Şöbəsinin əməkdaşları mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici söhbətlər aparır, onları karantin rejimi qaydalarına riayət etməyə çağırırlar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edirlər. Vətəndaşlardan tibbi maskadan istifadə etmək, insanlarla təmas zamanı iki metrlik ara məsafəsini saxlamaq tövsiyə olunub. Həmçinin dayanacaqlarda, marşrut avtobuslarında maska taxmadan əyləşən sərnişinlərə, eləcə də piyada hərəkət edən sakinlərə tibbi maska təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər