19 May 2020 18:25
2 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

AzTV-də yayımlanan “Görüş yeri” verilişində maraqlı anlar yaşanıb.

Teleqraf.com xəbər verir ki, proqramda Qurban Səidin dünyaca məşhur romanı “Əli və Nino” əsərindən və ona həsr edilmiş ekran işlərindən söz açılıb.

Verilişin sonunda rejissor Elvin Mirzəyev Qurban Səidin İtaliyanın Pozitano şəhərində yerləşən məzarından bəhs edərək onun Azərbaycana gətirilməsini xahiş edib. Aktyor bildirib ki, yazıçı orada müvəqqəti dəfn edilib.

Proqramda qonaq olan digər aktrisa Nigar Həsənzadə isə “Özü də yazıb ki, məni burada müvəqqəti dəfn edin. Öz vətənimə qayıdacam” deyə, söyləyib.

Aparıcı Kamilə Babayeva əsərin qəhrəmanı Əlinin romandakı sözlərini səsləndirib və ağlamağa başlayıb. O, daha sonra ağladığına görə qonaqlarından üzr istəyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər