1 İyun 2020 09:57
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni videoçarx yayımlayıb.

Teleqraf.com xəbər verir ki, videoçarxda hər bir uşaq üçün valideynlərinin nə qədər qiymətli, dəyərli olduqları, valideyn doğmalığının əvəzsiz nemət olması elə uşaqların öz baxışı, öz dili ilə təqdim edilir. Onlar bu barədə təbii təsəvvür və düşüncələrini bölüşürlər.

Uşaqların valideyn qayğısı ilə əhatə olunmasının onlar üçün nə qədər böyük dəyər və məna kəsb etdiyini nümayiş etdirən videoçarx övlada bağlılığın təbliği, uşaqların atılmasının qarşısının alınması istiqamətində maarifləndirmə məqsədi daşıyır.

Videoçarxı təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər