Gürcüstanın sabiq prezidenti Mixail Sakaaşvilinin Ukraynaya qayıdışından və vəzifəyə təyin olunmasından sonra bu ölkədə erməni daxili işlər naziri Arsen Avakova qarşı aksiyalar fəallaşıb.
Teleqraf.com xəbər verir ki, dünən Kiyevdə Avakovun istefasını istəyən yüzlərlə etirazçı Ali Radanın qarşısında aksiya keçirib.
Aksiya zamanı polis avtomobili yandırılıb, polis aksiyaya müdaxilə etməli olub.
Bu arada bəlli olub ki, parlamentdə bəzi müxalif deputatlar Avakovun istefası tələbi ilə imzatoplama kampaniyasına başlayıblar. Onlar ölkədə təhlükəsizliyin zəif olmasını əsas gətirirlər.
Xatırladaq ki, erməni millətinin nümayəndəsi olan Arsen Avakov 2014-cü ildən Ukraynanın daxili işlər naziri vəzifəsini tutur. Onun Mixail Sakaaşvili ilə münasibətlərində ciddi problemlər var.