7 İyun 2020 10:24
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

Paytaxtın kommunal strukturlarından Teleqraf.com-a verilən məlumata görə, dezinfeksiya işləri COVİD-19 virusuna qarşı aparılan növbəti profilaktik tədbirdir.

Qeyd edək ki, Baş Nazir Əli Əsədovun qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkərən şəhərləri və Abşeron rayonunda xüsusi karantin rejimi sərtləşdirilib, vətəndaşların küçəyə çıxması qadağan olunub. Qərara əsasən, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək fəaliyyətinə icazə verilən məhdud sayda qurum və xidmətlər fəaliyyət göstərəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər