"Azərbaycan ərazisinə gələn bütün sərnişinlər mütləq 48 saat ərzində qüvvədə olan COVID-19 arayışı ilə ölkəyə qəbul olunacaqlar. Belə olduğu halda, onların karantinə getməmək ehtimalı çox böyükdür".
Teleqraf.com xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev Operativ Qərargahın bu günükü brifinqində deyib:
Eldar Hacıyev əlavə edib ki, ola bilər, növbəti dövrdə bu qaydalar çarter reyslərinə də aid olunsun.