Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı bu günə kimi aparılan ümumi test sayını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, məlumatda bu günə kimi 375 759 test aparıldığı bildirilir.
Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 9 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 309 nəfər müalicə olunaraq sağalıb, COVID-19-dan 115 nəfər vəfat edib, 4 146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 7 505 koronavirus testi aparılıb.